Mozambik millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb.
Komanda öz meydanında Efiopiya ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Mozambik millisinə dəvət alan “Qarabağ”ın müdafiəçisi Bruno Lanqa da bu oyunun iştirakçısı olub. Meydana start heyətində çıxan 29 yaşlı futbolçu görüşü əvəzolunmadan keçirib.