Bakı, 14 noyabr, AZƏRTACXətai Sənət Mərkəzində Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin vəfatının 115-ci ildönümünə həsr olunmuş “Sabirin sözü, zamanın gözü” adlı kitabın təqdimat mərasimi və eyniadlı sərginin açılışı olub. AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Mirzə Ələkbər Sabir Fondu tərəfindən hazırlanan nəşr şairin zəngin ədəbi irsinə həsr olunmaqla yanaşı, onun yaradıcılığının Azərbaycan təsviri sənətində yaratdığı bədii əks-sədaları özündə birləşdirir.Tədbirdə çıxış edən Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli qeyd edib ki, “Sabirin sözü, zamanın gözü” kitabı şairin ölməz irsinə müxtəlif dövrlərdə rəssamların fırçasından süzülən bədii baxışları əks etdirən dəyərli sənət toplusudur.“Nəşrdə 1906-cı ildən bu günə qədər müxtəlif illərdə tanınmış rəssamlar tərəfindən Mirzə Ələkbər Sabirin şeirlərinə çəkilmiş illüstrasiyalar, qrafik əsərlər və digər vizual materiallar bir araya gətirilib. Uzun illər ərzində müxtəlif kitabların səhifələrində, dövri mətbuatda pərakəndə şəkildə qorunub saxlanılan, yaxud ayrı-ayrı nəşrlərdə yalnız qismən təqdim olunan bu bədii irs ilk dəfə sistemli şəkildə toplanaraq ümumiləşdirilib. Nəşr yalnız Sabirin yaradıcılığını deyil, həm də müxtəlif nəsil Azərbaycan rəssamlarının onun poeziyasına münasibətini, şairin əsərlərindəki ictimai motivlərin və satirik düşüncənin təsviri sənətdə təcəssümünü izləmək baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin əsas məqsədlərindən biri Sabir irsinin daha geniş auditoriyaya çatdırılması, şairin yaradıcılığının müxtəlif sənət sahələri ilə əlaqəsinin nümayiş etdirilməsi, eyni zamanda, onun əsərlərinə çəkilmiş illüstrasiyaların qorunması və gələcək nəsillərə ötürülməsidir. “Sabirin sözü, zamanın gözü” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib”, - deyə S.Tahirli əlavə edib.Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Xalq rəssamı Arif Hüseynov, Bakı Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylı, topluda əsərləri yer alan yeganə xanım rəssam Vəfa Allahyarova, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ceyhun Aşurov və kitabın redaktoru, şair Faiq Balabəyli çıxış ediblər. Çıxışçılar diqqətə çatdırıblar ki, şairin yaradıcılığı öz dövrünün ictimai-sosial problemlərini əks etdirməklə yanaşı, bu gün də aktuallığını qoruyur, cəmiyyəti düşünməyə, maariflənməyə və milli-mənəvi dəyərlərə sahib çıxmağa çağırır. Çıxışlarda belə layihələrin görkəmli ədiblərin irsinin yaşadılması, ədəbiyyatla təsviri sənət arasında əlaqələrin möhkəmləndirilməsi, xüsusilə gənc nəslin milli-mədəni irsə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Həmçinin kitabın və sərginin Sabir yaradıcılığının yeni aspektlərdən tanıdılmasına, onun bədii irsinin gələcək nəsillərə ötürülməsinə dəyərli töhfə olduğu bildirilib.Kitabın təqdimatı ilə yanaşı, nəşrdə yer alan illüstrasiya və qrafik əsərlərdən ibarət eyniadlı sərgi də nümayiş olunub. Sərgi ziyarətçilərə Sabir poeziyasının rəssam təxəyyülündə qazandığı müxtəlif bədii ifadə formaları ilə tanış olmaq, şairin satirik fikirlərinin və obrazlarının təsviri sənətdə necə canlandırıldığını görmək imkanı yaradıb. Müxbir - Fidan Əlizadə Fotoqraf - Səfiyar Məcnun
Bu gün
908 xəbər bu gün
İranın 1 500–2 500 raketdən ibarət arsenalı var. Bu, genişmiqyaslı müharibənin yenidən başlanacağı təqdirdə Tehrana ABŞ və müttəfiqlərinin hədəflərinə zərbələr endirmək imkanı verir. Bu barədə "The Wall Street Journal"…
"Israel Hayom" qəzeti məlumatı adı açıqlanmayan İsrailli və ABŞ-li yüksək vəzifəli rəsmilərə istinadən yayıb.
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi hazırlığın ikinci mərhələsində İraq komandası ilə 2 yoldaşlıq matçı keçirəcək. Bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib…
Antalya, 15 noyabr, AZƏRTAC Azərbaycan–Türkiyə münasibətləri sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, mənəvi bağlılığa və qarşılıqlı həmrəyliyə əsaslanan sarsılmaz qardaşlıq münasibətləridir. Bu qardaşlığın…
Azərbaycan gimnastı Ammar Baxşalıyev Çində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatının final mərhələsinə adlayıb. Bu barədə Yenıcag.az*a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat…
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının şikayətlərinə baxaraq müvafiq qərarlar qəbul edib. Hər iki klubun apellyasiya şikayəti qismən təmin...
Lent.az-a istinadla, baş məşqçi Joze Mourinyonun hesabatından sonra "Real" heyətindəki əsas oyunçuların müqavilələrini yeniləməyə başlayıb. "Real"ın prinsipial razılığa gəldiyi Arda Gülərin yeni maaşı açıqlanıb. Məlum…
Rusiya Prezidenti Vladimir Putin Avropada təsir dairələrinin yenidən bölüşdürülməsinə nail olmaq istəyir. Lakin hazırkı mərhələdə o, ən yaxşı halda mövcud təmas xətti boyunca ədalətli atəşkəs barədə razılığa gələ bilər…
Rusiya Prezidenti Vladimir Putin yaxın aylarda ölsə belə, Moskva Ukraynaya qarşı müharibəni dayandırmayacaq və Avropaya hücum planlarından imtina etməyəcək. UNİAN-a istinadən, bu barədə Ukraynanın 429-cu Əlahiddə…
“Real Madrid”in türkiyəli futbolçu Arda Gülərlə yeni müqavilə barədə prinsipial razılığa gəldiyi bildirilir. Bu barədə İspaniya mətbuatı yazıb. Madrid klubu 21 yaşlı futbolçuya 5 illik müqavilə və illik 8 milyon avro…
Fransada şənbə günü keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları 219 nəfəri saxlayıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Ölkə üzrə təşkil olunan 137 aksiyada ümumilikdə 106 minə yaxın…
Türkiyə Millətlər Liqasında İzmirdə Belçikaya uduzsa da, Arda Gülər həm oyunu, həm də vurduğu möhtəşəm qolla ön plana çıxmağı bacardı. ''Real''ın ulduzu oyunboyu Türkiyənin heyətində ən fəal futbolçu oldu. Amma komanda…
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib.
Argentinalı qapıçı Esekiel Baçer topu səhvən öz qapısına göndərərək rəqib komandanın hesabı açmasına səbəb olub.
"Biz strateji tərəfdaşlarımız olan Rusiya və Çinlə sıx təmasdayıq". Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. O, qlobal güclər arasında müzakirələrin aparılmasının təbii olduğunu qeyd edib…
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib....
Также повреждены четыре частных дома.
Глава МИД РФ Сергей Лавров заявил, что Россия не намерена отказываться от целей «спецоперации» в рамках переговоров об урегулировании войны против Украины. «(Переговорная) линия будет...
В понедельник в Баку и регионах Азербайджана ожидаются дожди, а в горных районах – снег. Об этом говорится в прогнозе Национальной службы гидрометеорологии. В столице...
Сегодня, 15 ноября, стартует шестой тур группового этапа Лиги наций УЕФА. Как передает Day.Az со ссылкой на İdman.biz, в лигах A и C состоятся восемь встреч. Наибольший интерес представляют противостояния Франции и…
Bəstəkar
Suriya prezidenti
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayev barəsində Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi təqdim olunub. Ərizəçi Türkər Əliyeva…
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib. APA-ya istinadla, hazırda Əməkdar artistlə Təzəpir məscidində vida…
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 57/4 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu…
“Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçib. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdir. Azərbaycanda aparılan arxeoloji qazıntılar…
Volqoqraddan Moskvaya uçmalı olan təyyarənin yola düşməsi sərnişinlərdən birinin hava gəmisinin qaçırılacağı ilə bağlı iddiasından sonra iki saat gecikib. Bu barədə jurnalistlər öz mənbələrinə istinadən məlumat yayıblar…
Bakı. Trend: “SpaceX” şirkətinin “Starship” raketi şənbə günü orbitdə 22 saatlıq səyahətdən qayıdıb və bir gün əvvəl buraxıldığı Texas qülləsindəki nəhəng mexaniki qolların tutumuna ilk dəfə eniş…
Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflər fonunda ABŞ ilə ticarətdə əhəmiyyətli dərəcədə azalmadan sonra Braziliya Çinlə ticarətini 20% artırıb. Xarici KİV-ə istinadən, bunu Braziliya Prezidenti Luis…
Bakı, 15 noyabr, AZƏRTAC “SpaceX” şirkətinin “Starship” raketi şənbə günü orbitdə 22 saatlıq səyahətdən qayıdıb və bir gün əvvəl buraxıldığı Texas qülləsindəki nəhəng mexaniki qolların tutumuna ilk dəfə eniş edib. Bu…
Antalya, 15 noyabr, AZƏRTAC Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq. Xüsusilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə aktiv dialoqdayıq, beynəlxalq, ikili diplom proqramı həyata…
Biz “nə müharibə, nə də sülh” vəziyyətində qalmayacağıq. Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib. “ABŞ-ın…
Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə hücum edilib
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyin nəşi Azərbaycana gətirilib
İsrailin “Mossad” kəşfiyyat xidməti İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə hücum planlaşdırdığına dair məlumatları…
Dünən axşam saatlarında Berlində gənclər “Z nəsli qərar verir” şüarı ilə etiraz aksiyası keçirib
Sabah paytaxın bəzi ərazilərində su olmayacaq. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilir ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması…
ABŞ-nin keçmiş prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə münasibətlərini xatırlayaraq onu "inadkar" və "nankor" adlandırıb. Bu barədə "The Wall Street Journal" qəzeti məlumat...
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının şikayətlərinə baxaraq müvafiq qərarlar qəbul edib.
Bu barədə Rusiya mediası mənbələrinə istinadən məlumat yayıb.
Məsələ ondadır ki, 1977ci ildə buraxılmış Voyager1 kosmik gəmisi noyabrın 18də Yerdən 25,9 milyard kilometr, yəni 1 işıq günü məsafəsinə çatacaq. Hazırda Voyagerin olduğu nöqtədən gəlib Yerə çatmaq üçün işığa 1 sutka…
ABŞ-da hava hərəkətini idarəetmə sistemində yaranan texniki nasazlığın səbəb olduğu aviasiya böhranı üçüncü gündür ki, davam edir. Son iki gündə 15 600-dən çox uçuş ləğv edilib, bazar günü üçün isə daha 875 aviareysin…
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyin nəşi Azərbaycana gətirilib. Hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir. Vida…
Yaxın Şərqdə hərbi və diplomatik gərginlik yüksələn xətt üzrə davam edir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında çıxış edərək Tehranın qonşu ölkələrə endirdiyi zərbələri BMT…
Sabah Bakının bəzi ərazilərində su olmayacaq. Modern.az-ın xəbərinə görə, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd olunub ki, magistral su xəttində baş vermiş qəzanın aradan…
Azərbaycanda həkim dünyasını dəyişib. Vüqar Vahid oğlu İbrahimov qəfil ürəktutmadan vəfat edib. Mərhumun "Caspian International Hospital"ın təcili tibbi yardım bölməsində həkim işlədiyi bildirilir. ...