Almaniyada təbii qaz böhranı – Yenidən kömürə qayıdırlar

Almaniya hökuməti ehtimal olunan qaz qıtlığı səbəbindən köhnə kömür elektrik stansiyalarını yenidən işə salmağı planlaşdırır.

"Tagesspiegel" qəzetinə istinadən, bununla bağlı müvafiq qanun layihəsi Almaniyanın İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanıb.

Məlumata görə, rəsmi Berlin qarşıdakı dövrdə enerji çatışmazlığı ilə üzləşməkdən ehtiyat edir.

Yeraltı Qaz Anbarları Operatorları assosiasiyasının qiymətləndirməsinə əsasən, qış sərt keçəcəyi təqdirdə ölkədəki qaz ehtiyatları artıq yanvar ayında tükənə bilər.