Azərbaycanda 2027-2030-cu illərdə külək və günəş stansiyalarında enerji istehsalı 46%-dən çox artacaq

Azərbaycanda külək və günəş elektrik stansiyalarının istehsal edəcəyi elektrik enerjisinin həcminin 2027-ci ildə 3 009,3 QVt.s olacağı proqnozlaşdırılır.

Bu proqnoz Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.

Sənədə əsasən, külək və günəş elektrik stansiyalarının istehsal edəcəyi elektrik enerjisinin həcminin 2028-ci ildə 4 384,6 QVt.s, 2029-cu ildə 4 414,3 QVt.s, 2030-cu ildə isə 4 408,6 QVt.s təşkil edəcəyi gözlənilir.

Beləliklə, 2027-ci illə müqayisədə 2030-cu ildə külək və günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalının təxminən 46,5% artacağı proqnozlaşdırılır.