Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub.
Müğənni bu barədə “Qonaqcanlı” proqramında danışıb.
O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-ci ildə isə bu işdən tamamilə uzaqlaşdığını bildirib.
Nazpəri hazırda ona yenidən müəllimliklə bağlı təkliflər gəldiyini açıqlayıb:
“İndi təklif gəlib. Düşünürəm, baxarıq. Milli Konservatoriyadan, İncəsənət Universitetindən dəvət var. Gözəl tələbələrim, gözəl işlərim var”. (axşam.az)