Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi

Rusiyada silahlı şəxs yaşayış biasına hücum edib.

Bu barədə "REN TV"nin "Telegram" kanalında məlumat yayılıb. Kanalın məlumatına görə, insident Rusiya paytaxtının şimal-şərqində baş verib.

Kimliyi məlum olmayan bir sürücü evlərdən birinə atəş açıb. Həmin vaxt mənzildə yaşayış olub.

"Hadisə Botaniçeskaya küçəsində baş verib. Yayılan görüntülərdə naməlum şəxslərin avtomobilin pəncərələrindən havaya atəş açması aşkar görünür",- nəşr yazıb.

Kanalın məlumatına görə, ölən və yaralananlar, eləcə də hadisənin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.