Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 14-16-da Kamboca Krallığında işgüzar səfərdə olacaq.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Paşinyan paytaxt Pnompendə Beynəlxalq Frankofoniya Təşkilatının 20-ci sammitində iştirak edəcək.
Bundan əlavə, Ermənistan baş nazirinin səfər zamanı xarici ölkələrin həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.