Spirtli içki, duzlu və şirin qidaların axşam saatlarında qəbulu damar sağlamlığına mənfi təsir göstərə və insult riskini artıra bilər.
Xarici mətbuata istinadən, xüsusilə yüksək təzyiqi olan şəxslər axşam saatlarında içkidən uzaq durmalıdır.
Təkcə bu deyil: pizza, nagets və yarımfabrikatlarda da yüksək miqdarda duz olur. Artıq duz arterial təzyiqi yüksəldən amillərdəndir.
Yatmazdan əvvəl alkoqol qəbul etmək isə ən təhlükəli vərdişdir, çünki damarları genişləndirir, iltihabi prosesləri gücləndirir.
Mütəxəssislər axşam saatlarında şirin qida və içkilərin də məhdudlaşdırılmasını məsləhət görür. Onların müntəzəm istifadəsi piylənmə, hipertoniya və 2-ci tip diabet riskini artıra bilər.