İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı ilə bağlı qərar verildi

İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Migelin ölümü ilə nəticələnən toqquşmaya görə "Andorra"nın qapıçısı Xesus Ovono 12 oyunluq diskvalifikasiya edilib.

Moderator.az-ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə qərar İspaniya Futbol Federasiyasının İntizam komitəsi tərəfindən qəbul olunub.

Bildirilib ki, 12 matç diskvalifikasiya maksimal müddətdir. Komitə X.Ovononun qayda pozuntusunu ən ağır idman cəzasının tətbiqi üçün kifayət qədər əsaslı hesab edib. Bundan əlavə, qapıçıya əlavə cərimə də təyin olunub.

Xatırladaq ki, İspaniya çempionatının ikinci ən güclü divizionunun ev matçında qapıçı Ovono ilə toqquşmadan sonra hücumçu huşunu itirib və meydandan xərəkdə çıxarılıb, daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Məlumata görə, xəstəxanada 30 yaşlı futbolçunun ürəyi dayanıb.