Ordubadda qəzada bir qazi öldü

Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Azərtac-a istinadən, hadisə Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində qazi 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib. Müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşənlərin hər üçü qazidir.