Türkiyədə 3,9 maqnitudalı zəlzələ baş verib

Mərmərə dənizində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsinə (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Bursanın Mudanya rayonu sahillərində, Gemlik körfəzində yerləşib. Yeraltı təkanların ətraf rayonlarda da hiss edildiyi bildirilir.

Qeyd olunub ki, zəlzələ Mudanya rayonundan 6,42 kilometr məsafədə baş verib. Yeraltı təkanların ocağı 13,65 kilometr dərinlikdə yerləşib.