Polis Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfəri saxlayıb - YENİLƏNİB

Polis Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfəri saxlayıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Paytaxtın Nərimanov rayonunda kafedə insident baş verib.

Insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilib.

Hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.