Vaşinqton, 14 noyabr, AZƏRTAC ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkənin bütün hava limanlarında təyyarələrin havaya qalxmasının müvəqqəti dayandırılması barədə son dərəcə nadir qərar qəbul edib.AZƏRTAC xəbər verir ki, cümə günü günortadan sonra yayımlanan hava hərəkətinə nəzarət bildirişində qərarın fövqəladə hallar və təhlükəsizlik səbəbləri ilə əlaqədar olduğu bildirilib.“Bütün uçuşa hazırlaşan təyyarələr növbəti göstərişə qədər yerdə saxlanılmalıdır”, – deyə bildirişdə qeyd olunub.ABŞ-yə istiqamətlənən beynəlxalq reyslərlə bağlı qərarların isə hər bir uçuş üzrə fərdi qaydada veriləcəyi açıqlanıb. Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton