MOSSAD rəhbəri Roman Qofman İranla qarşıdurma ilə bağlı danışıqlar aparmaq üçün ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşmək məqsədilə Vaşinqtona səfər edib.
Bu barədə “Axios” üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Qofman Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə görüşüb. Həmçinin, onun Ağ Evin nümayəndəsi Stiv Vitkoffla görüşmək üçün Mayamiyə səfər etməsi gözlənilir.
Səfərlə bağlı MOSSAD, MKİ və Ağ Ev şərh verməkdən imtina ediblər.
ABŞ mənbəsinin bildirdiyinə görə, Tramp indiyədək İsrail Baş naziri Benyamin Netanyahunun İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq istiqamətindəki təzyiqlərini rədd edib.
Qeyd edək ki, Tramp və Netanyahu noyabrın 5-də telefon danışığı zamanı İranla qarşıdurma məsələsini müzakirə ediblər.