Polşa 14 illik fasilədən sonra Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etməyə hazırlaşır.
Bu barədə Polşanın “RMF FM” radiostansiyası məlumat yayıb.
2012-ci ildə Suriyada baş verən hərbi əməliyyatlar səbəbindən Polşa səfirliyinin əməkdaşları ölkədən təxliyə edilmişdi.
“Polşalı diplomatlar 14 ildən sonra Suriyaya qayıdırlar. Yanvar ayında ölkənin paytaxtı Dəməşqdə Polşa səfirliyinin açılması planlaşdırılır”, – deyə məlumatda bildirilib.
Hazırda Polşanın nümayəndəsi artıq Dəməşqdədir. O, səfirliyin uzun müddət istifadəsiz qalmış binasını əməkdaşların qəbuluna hazırlayır.