Polşa Ukraynaya hərbi yardımdan çəkinir

Polşa Ukrayna üçün Amerika silahlarının alınması üzrə NATO proqramına töhfə verməyəcək.

Bu barədə Polşanın Baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında bildirib.

Tusk mətbuat konfransında bildirib: "Mən NATO-nun baş katibi Mark Rutteyə məlumat verdim ki, biz hələlik PURL proqramına - Ukrayna üçün Amerika silahlarının alınması üzrə yaradılmış Avropa fondlarına töhfələr verməyəcəyik".

Polşa baş naziri bu qərara səbəb kimi ölkənin yüksək büdcə kəsirini və müdafiə xərclərini göstərib.