Sumqayıtda zavod ərazisində bıçaqlanma hadisəsi baş verdi

Sumqayıtda zavod ərazisində bıçaqlanma hadisəsi baş verib.

Hadisə "Azərboru" zavodunda qeydə alınıb.

1972-ci il təvəllüdlü Bilal Şahgəldiyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

(Teleqraf)