ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinə hazırlıq işlərində iştirak edirlər.
Bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kellinin X-də yazıb.
"Əbu-Dabidə üçtərəfli danışıqlar və Rusiya-Ukrayna ikitərəfli təmaslarından sonra Uitkoff və Kuşner gələcək məsləhətləşmələrdə Avropa tərəfdaşlarının iştirakını təmin etdilər. Hazırda onlar əsir mübadiləsi üzərində işə başlayıblar", - məlumatda qeyd olunur.
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə baş tutub. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəisi Rüstəm Umerov rəhbərlik edib. Danışıqlar masasında həmçinin Uitkoff və Kuşner, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç və BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan da olub.