Astroloqların proqnozlarına görə, səbirli və əzmkar davranan bu bürclər həyatlarının müəyyən mərhələsində böyük uğurlara imza ata bilərlər.
Onların arzularına çatmasında zamanlama, dözümlülük və məqsədyönlülük mühüm rol oynayır.
Oğlaq
Oğlaqlar uğur qazanmaq üçün uzun müddət çalışmaqdan çəkinmirlər. Onlar bəzən zəhmətlərinin bəhrəsini dərhal görməsələr də, məqsədlərindən əl çəkmirlər. İllər keçdikcə həm karyerada, həm də maddi sahədə arzuladıqları mövqeyə yüksələ bilərlər.
Buğa
Buğa bürcündən olanlar tələsməyi sevmir, hər addımlarını düşünərək atırlar. Başqaları yarı yolda təslim olsa da, onlar hədəflərinə doğru irəliləməyə davam edirlər. Gec də olsa, arzuladıqları rahatlığa, maddi sabitliyə və xoşbəxt ailə həyatına qovuşa bilərlər.
Əqrəb
Əqrəblərin həyatında çətinliklər və gözlənilməz dəyişikliklər az olmur. Lakin onlar yaşadıqları sınaqlardan güclənərək çıxmağı bacarırlar. Bir məqsədə kökləndikdə qarşılarına çıxan maneələrə baxmayaraq, gec də olsa, böyük arzularını reallaşdırmaq üçün mübarizə aparırlar.