Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb (VİDEO)

Dublin. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb.

Trend-in xüsusi müxbiri xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.