Bakı, 13 noyabr, AZƏRTAC Azərbaycan Avropanın enerji bazarlarında oynadığı rola regional sülh və təhlükəsizlik təşəbbüslərinin çərçivəsindən yanaşır. Ona görə də, Azərbaycanın Avropa üçün əhəmiyyətinə Bakının təkcə enerji ixracındakı iştirakı prizmasından baxmaq kifayət deyil. Azərbaycanın Cənubi Qafqazda yaratdığı və inkişaf etdirdiyi reallıqları digər regionlara inteqrasiya etdirməsi Avropanın ümumi təhlükəsizlik strukturuna töhfə verir. Azərbaycanın Avropa üçün əhəmiyyətini təsdiqləyən məqamlar Avropa ölkələrinin Azərbaycana marağının artmasını enerji sahəsindəki əməkdaşlıqdan kənar iki aspektdə görmək mümkündür: - Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu. Dövlətimizin başçısı strateji yanaşmaları, ədalətli mövqeyi və tarixi-siyasi prosesləri yüksək səviyyədə bilməsi ilə diqqət çəkir. Prezident İlham Əliyevin prinsipiallığı Azərbaycan dövlətinin strateji maraqlarının inkişaf etməsinə, regional sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəldiyindən, bu, Avropa üçün əhəmiyyətlidir. - Azərbaycan beynəlxalq münasibətlər sisteminin dəyişməsi fonunda özünü etibarlı və sözünə, imzasına hörmət edən aktor kimi göstərir. Azərbaycan imza atdığı ikitərəfli və çoxtərəfli əməkdaşlığı ehtiva edən sənədlərin praktiki səviyyədə icrası üçün çağırışlar edir. Avropanın çətin təhlükəsizlik situasiyaları ilə üz-üzə qaldığı zamanlarda o, Azərbaycanın səylərinə maraq göstərir. Buna görədir ki, iqtisadi-ticari və investisiya portfellərinin perspektivinin müzakirə edildiyi Davos İqtisadi Forumu, təhlükəsizlik məsələlərinin qabardıldığı Münxen Təhlükəsizlik Konfransı kimi beynəlxalq tədbirlərdə Prezident İlham Əliyevlə görüş üçün müraciətlər edilir. Bu cür görüşlər qarşı tərəflərin sorğusu əsasında təşkil olunur. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın əldə etdiyi geosiyasi imkanlar dövlətin strateji çəkisini artırır. Azərbaycanın mövcud enerji və nəqliyyat layihələrinin şaxələndirilməsi planları Orta Dəhlizin strateji vizyonunda ona əlavə dəyər qazandırır. Dublin Sammitində Azərbaycana verilən yüksək qiymət “Avropa Siyasi Birliyi”nin Dublində keçirilən 9-cu Zirvə Toplantısında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın güclü mövqeyi fonunda diqqət çəkir. Dublin Sammitində enerji təchizatı və bağlantıların əsas müzakirə mövzusu olması Azərbaycanın həyata keçirdiyi qlobal layihələrin Avropa üçün strateji əhəmiyyətini açıq şəkildə nümayiş etdirir. Bunu rəqəmlər və gələcək ixrac potensialı da sübut edir: - 2022-ci ildə imzalanan Strateji Tərəfdaşlıq Memorandumundan sonra Azərbaycan Avropa İttifaqının 10 üzvü olmaqla ümumilikdə 16 ölkəyə qaz ixrac edir və bu diapazon durmadan genişlənir; - Azərbaycanın alternativ enerji resursları, Mərkəzi Asiya yaşıl enerji dəhlizləri və Qara dəniz sualtı kabel layihəsi Avropa bazarları ilə əlaqələri dərinləşdirir; - Şərq-Qərb və Şimal-Cənub beynəlxalq marşrutları Azərbaycanın Avropa ilə Asiya arasındakı mühüm tranzit mərkəzi rolunu sürətlə artırır. Yuxarıda yazılanları nəzərə alaraq Prezident İlham Əliyevin Dublin Sammiti çərçivəsində müxtəlif dövlət və hökumət başçıları ilə görüşləri Azərbaycana duyulan tələbatla əlaqələndirilə bilər. Qeyd edək ki, Prezident İlham Əliyev Dublin Sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Bolqarıstanın Baş naziri Rumen Radev, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis, Çexiyanın Baş naziri Andrey Babiş, Rumıniya Prezidenti Nikuşor Dan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Litva Prezidenti Gitanas Nauseda ilə görüşlər keçirib. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də Avropanın qiymətləndirmələrinə təsir edir. Çünki müzakirələr Cənubi Qafqazda sülh gündəliyinin cari çağırışlara adekvat şəkildə uyğunlaşdırılması və kommunikasiyaların açılması istiqamətində strateji əhəmiyyət daşıyır. Göründüyü kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol və yürütdüyü fəal sülh diplomatiyası ölkəmizin qitə miqyasında siyasi çəkisini durmadan artırır. Məhz bu etibarlı tərəfdaşlıq fonunda Azərbaycanın 2028-ci ilin may ayında “Avropa Siyasi Birliyi”nin Zirvə Görüşünə ev sahibliyi etməsi ölkəmizin çoxtərəfli diplomatiyasında yeni və mühüm bir mərhələ olacaq. Azərbaycanla Böyük Britaniya strateji tərəfdaşlığı rəsmiləşdirdi Dublindəki Zirvə Toplantısında ən diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşü oldu. Görüş zamanı “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə edilib. Bu sənəd Azərbaycanla Böyük Britaniya arasında münasibətlər anlayışının inkişafını nümayiş etdirir. Çünki Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinə ənənəvi enerji, diplomatik-siyasi əməkdaşlıq çərçivələrindən də geniş baxır. İştirakçılar müdafiə, təhlükəsizlik, iqtisadiyyat, təhsil, yaşıl enerji və texnoloji innovasiyanı əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə keçidi rəsmiləşdirirlər. Britaniyanın Qafqaza artan diqqəti onun gələcək iqtisadi inkişafın, texnoloji rəqabətin və beynəlxalq təhlükəsizlik dinamikasına dair strateji qiymətləndirməsindən irəli gəlir. Sənədin geosiyasi əhəmiyyəti Azərbaycanın Cənubi Qafqazda artan strateji çəkisinin Böyük Britaniyanın regional maraqları ilə uzlaşdırılması, xüsusilə Orta Dəhlizin inkişafı və Avrasiya nəqliyyat-logistika arxitekturasında Bakının rolunun güclənməsi ilə bağlıdır.Bu xüsusda Bakı ilə London regional reallıqların beynəlxalq nizamın transformasiya mərhələsinə keçidində əlaqələrinin dinamikasına nəzər yetirməklə aşağıdakı məqamları hədəfləyir: - Cənubi Qafqazda təhlükəsizliyi, iqtisadi və ticari əlaqələri, onun genişləndirilməsini Bakı ilə Londonun müştərək maraqları kimi formalaşdırmaq, - TRIPP marşrutu ilə əlaqədar Azərbaycanın strateji prioritetlərinin Böyük Britaniya üçün uzunmüddətli strateji faydalarını hesablamaq. Sənəddə 2025-ci ilin avqustundakı Vaşinqton razılaşmalarına diqqət çəkilməsi bu kontekstdə izah oluna bilər. Göründüyü kimi, Azərbaycanla Böyük Britaniya imkanlarını, maliyyə və texnologiya potensiallarını, beynəlxalq təşkilatlardakı mövqelərini eyni strateji mexanizmdə birləşdirməyi qarşıya məqsəd qoyur. Müəllif – Aqşin Kərimov
Bu gün
2900 xəbər bu gün
Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda qeyd olunub.Sənədə əsasən, bu, ötən il oktyabrın 1-nə nisbətən…
Avropa Siyasi Birliyi forumları son dövrün aktual izlənilən tədbirlərindən biridir.Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Oxu24.com-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, Avropa liderlərinin ildə…
Azərbaycan və Böyük Britaniya arasında Dublində keçirilən Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində strateji tərəfdaşlığın elan edilməsi iki ölkə arasındakı münasibətlərin xarakterinin mühüm təsdiqi olmaqla…
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bununla bağlı Milli Hidrometeorologiya…
Türkiyəli aktyor Ali Muratın yeni işi bəlli olub. Aktyor "Kızılcık şerbeti" serialında çəkiləcək. O, 148-ci bölümdən etibarən "Ali Murat" obrazını canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Seray Kaya və Emre…
Astronomlar Yerin daha bir müvəqqəti peyk qazandığını açıqlayıblar. 2026 QQ8 adlandırılan asteroidin bir müddət planetimizin cazibə qüvvəsinin təsiri altında orbitdə hərəkət edəcəyi bildirilib. Asteroid ilk dəfə avqust…
Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq “Pul Siyasəti İcmalı”nda bildirilir. Sənədə əsasən,…
Azərbaycan istehsalı olan “Obitus” filminin qala gecəsi 18 noyabr 2026-cı il tarixində Park Cinema Flame Towers kinoteatrında baş tutacaq. Hollivud filmlərini xatırladan atmosferi, vizual effektləri və gərgin süjeti ilə…
Azərbaycan Ordusunun Ermənistanda saxlanılan hərbçisi Nəsimi Musayev barəsində aparılan cinayət işi üzrə istintaq tədbirləri tamamlanıb. Ermənistanın “NEWS.am” nəşrinin yaydığı məlumata əsasən, materiallar ittiham…
Tovuzda hamilə qadını bıçaqlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. APA-ya istinadən, keçirilən operativ tədbirlər nəticəsində S. Məmmədliyə kəsici alətlə...
Milli Məclisin növbəti iclasının tarixləri və gündəliyi açıqlanıb. Noyabrın 16, 17 və 18-də keçiriləcək plenar iclasın gündəliyinə büdcə zərfinin müzakirəsi daxil...
“Dublin sammitinin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması oldu”.
Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub.
Bu ilin sentyabr ayının yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin sentyabr ayının yekunu ilə müqayisədə 5,7 %, avqustun sonuna nisbətən isə 1,9 % çox olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq…
Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir. Sənədə əsasən, bu, ötən il oktyabrın 1-nə nisbətən…
Bu barədə Muxtar Respublika təmsilçisi məlumat yayıb. Oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. Xatırladaq ki, Aubri Makalpayn 2023/2024 mövsümündə də "Naxçıvan"ın formasını geyinib. O, son olaraq…
Tovuzda hamiləni bıçaqlayan şəxs tutulub. Apa-ya istinadən, polisin keçirdiyi tədbirlər nəticəsində S. Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə. Məmmədzadə saxlanılıb. Bıçaqlanma hadisəsi Tovuz "ASAN…
Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir. Sənədə əsasən, bu, ötən il oktyabrın 1-nə nisbətən…
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasları noyabrın 16,17, 18-i keçiriləcək. Iclasların gündəliyinə 10 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. "Azərbaycan Respublikasının 2027-ci il…
Tovuzda "ASAN Xidmət" Mərkəzinin qarşısında hamilə qadın bıçaqlanıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Polisin keçirdiyi tədbirlər nəticəsində S. Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən…
Tovuzda hamilə bıçaqlanıb. Trend-in məlumatına görə, S. Məmmədli kəsici alətlə xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. (function(containerId) {…
ABŞ-nin baş prokuroru və ədliyyə naziri Todd Blanş son bir neçə aydır ölkənin paytaxt dairəsində yerləşən hərbi bazada yaşayır. Bu barədə Fox News telekanalı mənbələrə istinadən məlumat…
Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində Fransa Prezidenti Emmanuel Makron kuryoz vəziyyətlə qarşılaşıb. "Daily Mail" nəşrinin məlumatına görə, Fransa Prezidenti…
Bakı.Trend: 2026-cı ilin yekunlarına əsasən, yetkin yataqlarda hasilatın təbii azalmasına baxmayaraq, Azəri-Çıraq-Günəşli (AÇG) yatağında ilin əvvəlindəki göstəricilərlə müqayisədə neft hasilatının…
Noyabrın 16-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Bu barədə MÜTDA-dan məlumat verilib. Bildirilib ki, payız tətili 16-20 noyabr…
Bakı, 13 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin (ASB) sammiti çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizə göstərilən hörmət və ehtiramın bariz nümunəsi idi…
Bakı, 13 noyabr, AZƏRTACTikinti sektorunda rəqəmsal texnologiyaların tətbiqi, investisiyaların səmərəli idarə olunması və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində innovativ yanaşmaların rolu…
Naxçıvan, 13 noyabr, AZƏRTAC Naxçıvana ilk dəfə səfər edirəm. Bu qədim diyar məndə çox xoş təəssürat yaratdı. Səfər zamanı çoxsaylı tarixi-memarlıq abidələri ilə tanış olmaq imkanım oldu. Naxçıvanın gözəlliyi məni heyran…
Moskva, 13 noyabr, AZƏRTAC Moskva Avropa ölkələri ilə təmaslara hazırdır və onların sülh yolu ilə nizamlanmanı dəstəkləməyə hazır olduqlarını görəcəyi təqdirdə, Ukrayna ilə bağlı danışıqlarda iştirak etmələrini mümkün…
Bakı, 13 noyabr, AZƏRTAC İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında Prezident İlham Əliyevin iştirakı ölkəmizin Avropa ilə siyasi dialoqu, iqtisadi əməkdaşlığı, enerji…
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi məntəqələrinin fəaliyyəti, baytarlıq nəzarətinin gücləndirilməsi və ət məhsullarının təhlükəsizliyinin təmin olunması ilə bağlı sahibkarlar…
Vanda Naranın sevgilisi Martin Migeleslə Mauro İkardi arasında gərginlik yaşanıb.
"Dövlət teatrlarında bədii rəhbər, baş rejissor kimi vəzifələr bərpa edilməlidir".
Tovuzda "Asan Xidmət" Mərkəzinin qarşısında hamilə qadın bıçaqlanıb.
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda kompüter, telekommunikasiya avadanlığı və çap məhsullarının pərakəndə satışı 970 milyon 100 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 723 milyon 200 min manat…
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin səhmdarlarının tərkibində dəyişiklik baş verib. Şirkətin səhmdarları sırasına Sabirə Ramiz qızı Cahangirova daxil olub. O, hər birinin nominal…
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində…
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda 2 milyard 381 milyon 300 manatlıq içki və tütün məmulatı satılıb. Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki,2025-ci ilin eyni dövründə…
“ABŞ İranın ali rəhbərini hədəf alaraq keçmiş prezident Həsən Ruhaninin yenidən hakimiyyətə gəlməsinə şərait yaratmağa çalışır”. Tribuna.az xəbər verir ki,…
Son zamanlar Ermənistanda aktiv şəkildə TRİPP layihəsi müzakirə olunur. Buna səbəb İrəvan parlamentidə layihə ilə bəzi…
İranın Sistan və Bəluçistan əyalətində silahlı şəxslərin hücumları səngimək bilmir. Son bir həftədə SEPAH zabitləri və…
Bakıda 240 min manat ödəyərək aldığı evi adına rəsmiləşdirə bilməyən qadının məhkəməyə müraciəti əsasında bir sıra əmlakların özgəninkiləşdirilməsi qadağan edilib.…
“Əbəs yerə yeni sənədə “Azərbaycanın Konstitusiyası” deyilməyib. Çünki Əliyev onu 2021-ci ildən bəri tətbiq və tələb edir”. Tribuna.az xəbər verir…
“ABŞ-nin Zəngəzur dəhlizində iştirakı Ermənistanın və bütövlükdə bölgənin gələcək təhlükəsizliyi üçün təhdid yaradacaq”. Bu fikirlərin müəllifi…