İranda silahlı hücumlar artıb

İranın Sistan və Bəluçistan əyalətində silahlı şəxslərin hücumları səngimək bilmir. Son bir həftədə SEPAH zabitləri və polislərə hücumların sayı 5-i keçib.

Həmin hücumlar zamanı ölənlərin sayı isə 2 nəfər olub. Onlardan biri yerli polis əməkdaşı, digəri isə SEPAH zabiti olub.

Hücuma görə məsuliyyəti “Xalq Döyüşçüləri Cəbhəsi” adlı qruplaşma üzərinə götürüb.