Deputat: “ABŞ Ruhanini hakimiyyətə gətirmək istəyir”

“ABŞ İranın ali rəhbərini hədəf alaraq keçmiş prezident Həsən Ruhaninin yenidən hakimiyyətə gəlməsinə şərait yaratmağa çalışır”.

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani deyib.

Onun iddiasına görə, Ruhaninin hakimiyyətə gətirilməsi üçün təkcə ABŞ deyil, başqa dövlətlər də çalışırlar.