2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda 2 milyard 381 milyon 300 manatlıq içki və tütün məmulatı satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına istinadən, 2025-ci ilin eyni dövründə bu göstərici təxminən 2 milyard 157 milyon manat olub.
Beləliklə, bir il ərzində satışın dəyəri nominal ifadədə təxminən 224 milyon manat və ya 10,4% artıb.
Qiymət dəyişikliklərinin təsiri çıxıldıqda içki və tütün məhsullarının satışı 1,4% artıb. İçki və tütün məmulatlarının ümumi pərakəndə ticarət dövriyyəsində payı hər iki dövrdə 4,1% təşkil edib.