XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş verən ağır yol qəzası ilə bağlı başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X hesabında paylaşım edib.

Paylaşımda BƏƏ-nin Fujeyra Əmirliyində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzasından dərin kədər hissi keçirildiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa arzulayır.

Azərbaycanın bu ağır gündə BƏƏ ilə həmrəy olduğu vurğulanıb.