Antalya, 13 noyabr, AZƏRTACBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı - çox əhəmiyyətli beynəlxalq dialoq platformasıdır. İki il əvvəl Bakıda keçirilən COP29 diqqət mərkəzində idi. Hesab edirəm ki, bu kimi genişmiqyaslı tədbirlər gələcəkdə Orta Asiya dövlətlərində də təşkil olunmalıdır.Bu fikri Antalyada davam edən COP-31 çərçivəsində AZƏRTAC-a Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyinin Ekologiya və İqlim Departamentinin müdiri Aizada Barieva bildirib.İqlim dəyişmələrindən qaynaqlanan problemlərin sərhəd tanımadığını vurğulayan Qırğızıstan rəsmisi bildirib ki, bu gün hər bir dövlət iqlim dəyişməsinin nəticələrini hiss edir. Bu səbəbdən xüsusi ilə region ölkələri arasında əməkdaşlıq vacibdir. Fövqəladə halların qarşısının alınması da prioritetdir. “Azərbaycanla təcrübə mübadiləsi və birgə layihələrə daim hazırıq”, - deyə Departament müdiri vurğulayıb. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Antalya