“Nazirlərin çoxunun toyunu mən oxumuşam. Amma mən gedib onlardan külli miqdarda, cibimi dolduracaq pulmu almışam?”
“Mən daim öz sənətimin keşiyində durub klassik musiqimizin əsgəri olmuşam. Rəşid Behbudovun Mahnı Teatrı ilə dünyanın 50-dən artıq ölkəsində musiqimizi tərənnüm etmişəm. Xahiş edirəm, məni toya getməklə ölçməyin. Bəs toya da elə müğənni gedər də… Nazirlərin çoxunun toyunu mən oxumuşam. Amma mən gedib onlardan külli miqdarda, cibimi dolduracaq qədər pulmu almışam? Kasıb xalqımdan 5-10 min manat pul almışam? 100 manat, 50 manat almışam. Kimin nəyə gücü çatıbsa, onu verib. O da yemək pulu… Amma kimsə mənim adımdan gedib nə qədərsə pul alıbsa, bilmirəm. Bunu Allah bilir, bir də o insan. Mən evsiz deyildim”.