Məhəmməd Salahdan tarixi rekord

Misir millisinin və Türkiyənin “Trabzonspor” klubunun hücumçusu Məhəmməd Salah tarixi rekorda imza atıb.

34 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə keçirilən və komandasının 5:0 hesablı qələbəsi ilə başa çatan oyunda dubl edib.

Bununla da Salah Misir Futbol Assosiasiyasının hesablamasına əsasən, milli komandada vurduğu qolların sayını 70-ə çatdırıb və ölkə rekordunu yeniləyib.

O, 176 oyunda 69 qol vuran Hossam Hasani geridə qoyub. Salah isə bu göstəriciyə 123 matçda nail olub.

Qeyd edək ki, FİFA-nın rəsmi statistikasında isə Salahın 68 qolu var. Bu fərq bəzi yoldaşlıq görüşlərinin FİFA tərəfindən rəsmi A kateqoriyalı beynəlxalq oyun kimi tanınmaması ilə bağlıdır.

Salah özü isə sosial şəbəkə hesabında soyunub-geyinmə otağında üzərində “70” yazılmış lövhə tutduğu şəklini də paylaşıb.