Bakı, 13 noyabr, AZƏRTAC Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Nazirliyi 84 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb. AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, nəzarət tədbirlərinin 52-si hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-si isə plandankənar yoxlamalar əsasında aparılıb. Doqquz ayda nəzarət tədbirləri çərçivəsində 106,9 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib, qarşısı alınmış xərclərin məbləği isə 100,9 milyon manat olub.