Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb.
Ermənistan mediasına istinadən, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsində Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşdən sonra bildirib.
"Mən Ermənistanın namizədliyini və onun 2029-cu ildə COP34-ə ev sahibliyi etməyə hazırlığını təqdim etdim", - o dedi.
A.Matevosyan bəyan edib ki, COP34-ə sədrlik Ermənistana qlobal iqlim təşəbbüslərinə töhfə verməyə imkan yaradacaq.
Nazir əlavə etdi ki, Ermənistan öz namizədliyinin sonrakı irəliləməsi çərçivəsində Şərqi Avropa qrupunun üzv ölkələri və BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyi ilə açıq və konstruktiv əməkdaşlığa hazırdır.