Xalq artistindən ETİRAF: “Moskvada məni zəhərləmək istəyən şəxsin kim olduğunu bilirəm”

“Tanımışam o adamı, bilmişəm, amma deməmişəm, heç üzlərinə də vurmamışam”.

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Qonaqcanlı” verilişində deyib.

Sənətçi aparıcının “Moskvada tədbirdə sizi zəhərləmək istəyiblər” sualını cavablandırıb:

“Mənim həyatımda çox olub elə hadisələr, amma hamısının üstündən keçmişəm. Məni Allah yaradıbsa, Allahım da məni qoruyacaq. Yox əgər Allahın yanında günahlaramsa, xoşagəlməz, günah bir işim olubsa, o çayda verilən zəhərlə yox, elə düz yolda getdiyim yerdə başıma bir iş gələr, ölə bilərəm”.

Müğənni həmin adamın kim olduğundan da xəbərdar olduğunu bildirib:

“Tanımışam o adamı, bilmişəm, amma deməmişəm, heç üzlərinə də vurmamışam. Onunla heç nə olmamış kimi qarşılaşmışam. Amma ürəyimdə bilmişəm ki, o adamdan ehtiyatlı olmaq lazımdır. Mən bağışlayıram, amma tanıyıram”.