Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası üzrə noyabrın 6-da bu ayın pensiya ödənişi həyata keçirilib.
Qeyd edilib ki, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.