Vaşinqton, 13 noyabr, AZƏRTAC ABŞ-ın Nyu-York şəhərində üçmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.AZƏRTAC xəbər verir ki, bu barədə şəhər meri Zöhran Məmdani məlumat verib.Bildirilib ki, həlak olanlardan 6-sı böyük, 2-si uşaqdır. Hadisə nəticəsində daha 18 nəfər xəsarət alıb. Yaralılar arasında 4 yanğınsöndürən də var. Bir nəfərin vəziyyəti ağırdır.Hadisə noyabrın 11-də şəhərin Bruklin rayonunda, Flatbuş prospektində baş verib. Üçmərtəbəli bina qonşu ərazidə qazıntı işləri aparılarkən uçub.Dağıntılar altında insanların qala biləcəyi ehtimalı ilə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.Hadisənin səbəbləri araşdırılır. Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton