ABŞ-də neft hasilatı rekord həddə çatıb

ABŞ-də noyabrın 6-da başa çatan həftənin yekunlarına görə, neft hasilatı sutkada 14,013 milyon barelə çataraq rekord müəyyənləşdirib.

"Report"a istinadən, bu, əvvəlki həftənin göstəricisindən 10 min barel çoxdur.

Belə ki, ötən ilin müvafiq dövründə ABŞ-də neft hasilatı sutkada 13,862 milyon barel təşkil edib. Son dörd həftə üzrə orta hasilat isə sutkada 13,819 milyon barelə çatıb.

Bununla yanaşı, EIA noyabrın 10-da açıqladığı qısamüddətli enerji proqnozunda ABŞ-də 2026-cı il üzrə orta gündəlik neft hasilatına dair qiymətləndirməsini azaldıb. Belə ki, proqnoz 13,87 milyon bareldən 13,86 milyon barelə endirilib.

2027-ci il üzrə proqnoz isə dəyişməz saxlanılıb. Qurum gələn il ABŞ-də neft hasilatının sutkada 14,3 milyon barelə çataraq yeni illik rekord müəyyənləşdirəcəyini gözləyir.