Ukrayna mediası Azərbaycan və Ukrayna liderlərinin görüşündən yazır

Ukraynanın aparıcı kütləvi informasiya vasitələri Dublində Avropa Siyasi Sammiti çərçivəsində Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev ilə Volodimir Zelenski arasında keçirilən görüşə geniş yer ayırıb.

“Ukrinform”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “Tsensor”, “Korespondent”, “Tribuna” və digər informasiya agentlikləri, xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan və Ukrayna əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, görüşdə Ukraynanın vacib infrastruktur və logistika sahələrinin dəstəklənməsi imkanları müzakirə edilib. Ukraynada Azərbaycan bizneslərinin mövcudluğu, Rusiyanın hücumlarına baxmayaraq, Azərbaycan şirkətlərinin fəaliyyəti yüksək qiymətləndirilib.

Məqalələrdə, həmçinin qeyd edilib ki, görüşdə müharibə dönəmində Ukraynanın enerji və nəqliyyat sistemlərində üzləşdiyi çətinliklər müzakirə edilib. Zelenskinin göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürü vurğulanıb.