Türkiyədə helikopter qəzaya uğrayıb - Həlak olanlar var

Noyabrın 12-də Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopter naməlum səbəbdən qəzaya uğrayıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Samanköy rayonunda baş verən qəza nəticəsində 4 hərbçi şəhid olub.

Bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.