ABŞ-da neft hasilatı rekord həddə çatdı

ABŞ-da neft hasilatı 6 noyabrda rekord həddə - sutkalıq 14,013 milyon barelə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə gündəlik 10.000 barel çoxdur.

Bu barədə ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatında deyilir.

Bildirilib ki, bir il əvvəl neft hasilatı gündə 13,862 milyon barel idisə, son dörd həftə ərzində orta hesabla gündə 13,819 milyon barel təşkil edib.