Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevdən enerji və nəqliyyat infrastrukturuna dəstək istəyib.
Liderlər noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində görüşüblər.
Onlar Avropa Siyasi Birliyinin zirvə toplantısında iştirak edirlər.
Zelenski görüşdən sonra X hesabında yazıb ki, tərəflər Ukraynanın enerji və logistika problemlərini müzakirə ediblər.
Ukrayna bildirir ki, Rusiyanın davam edən hücumları nəticəsində enerji və nəqliyyat infrastrukturu ciddi zərər görüb.
"Azərbaycanın qış ərəfəsində Ukraynanın kritik infrastrukturu və logistikasına dəstək göstərmək imkanı tapması bizim üçün çox dəyərli olardı. Komandalarımıza bu istiqamətdə işləmək tapşırığı verdik", - o bildirib.