Livanın aparıcı xəbər portallarında Azərbaycanın 8 Noyabr – Zəfər Gününə həsr olunan "Azərbaycanda Zəfər Günü: ərazi bütövlüyünün bərpasından gələcəyin qurulmasına doğru" başlıqlı məqalə dərc olunub.
Livan–Azərbaycan Dostluq Assosiasiyasının prezidenti dr. Əkrəm Tarhinin müəllifi olduğu məqalədə Zəfər Gününün tarixi və milli əhəmiyyəti, Şuşanın azad edilməsinin Azərbaycanın müasir tarixində xüsusi yeri, eləcə də Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Yazıda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, Azərbaycanın regional sülh və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət, eləcə də ölkəmizin əldə etdiyi uğurlar geniş şəkildə diqqətə çatdırılıb. Həmçinin Azərbaycan–Livan münasibətlərinin inkişaf perspektivlərinə toxunulub, iki ölkə arasında mədəni, akademik və humanitar əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Məqalənin sonunda müəllif Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edərək ölkəmizə sülh, əmin-amanlıq və yeni uğurlar arzulayıb, Livan–Azərbaycan dostluğunun bundan sonra da möhkəmlənəcəyini bildirib.
Məqaləni ətraflı aşağıdakı linklərdən oxumaq mümkündür: