İlham Əliyev Dublindəki Konqres Mərkəzinə gəlib - VİDEO

İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib

İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşılayıb.