Misli Premyer Liqasının XVII turunda keçirilməsi planlaşdırılan "Sabah" - "Neftçi" oyununun vaxtı açıqlanıb.
Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
Qarşılaşma 2027-ci il, yanvarın 23-də baş tutacaq. "Sabah Arena"dakı görüş saat 19:00-da start götürəcək.
Misli Premyer Liqası
II dövrə, XVII tur
22 yanvar (cümə)
16:00. "Qəbələ" – "Sumqayıt"
Qəbələ şəhər stadionu
19:00. "Kəpəz" – "Araz-Naxçıvan"
Gəncə şəhər stadionu
23 yanvar (şənbə)
14:00. "Şamaxı" – "Zirə"
Şamaxı şəhər stadionu
19:00. "Sabah" – "Neftçi"
"Sabah Arena"
24 yanvar (bazar)
15:00. "Qarabağ" – "İmişli"
"Azersun Arena"
17:30. "Turan Tovuz" – "Şəfa"