“İcraçı Kredit Agentliyi” MMC-nin nizamnamə kapitalı 20 min azaldılaraq 239 min 244 manat 57 qəpik məbləğində müəyyən edilib.

Qərar MMC-nin ümumi yığıncağında qəbul olunub. Kreditorlar sualları ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 574-cü məhəllə, bina 1, mənzil 4 (AZ 1141) ünvanına müraciət edə bilərlər.

Bildirək ki, “İcraçı Kredit Agentliyi” MMC 2002-ci ildən ölkə ərazisində fəaliyyət göstərən Bank olmayan Kredit Təşkilatıdır.