Bakı, 12 noyabr, AZƏRTACSon günlər havanın soyuması ilə əlaqədar istilik mövsümünə hazırlıq işləri daha da aktuallaşıb. Paytaxtın müxtəlif ərazilərində yerləşən qazanxanalarda son hazırlıq tədbirləri həyata keçirilir. Noyabrın 15-dən etibarən istilik mövsümünün başlanması nəzərdə tutulur. Bu məqsədlə istilik sistemlərinin sazlığı yoxlanılır, avadanlıqlara texniki baxış keçirilir. Əsas məqsəd yaşayış binalarının və sosial obyektlərin fasiləsiz istiliklə təmin olunmasıdır.Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.