Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur.
Bu il noyabrın 1-nə qədər ölkədə 117 553 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd olunub.