Paşinyanla türk jurnalistin səmimi dialoqu: "İndi qardaş olduq"

COP31 sammiti çərçivəsində Türkiyəyə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlə səmimi söhbəti ilə diqqət çəkib.

Jurnalist Paşinyana Türkiyənin məşhur müğənnisi Tarkandan mahnı səsləndirib. Ermənistanın baş naziri isə sənətçini tanıdığını bildirib. Daha sonra onlar birlikdə əlləri ilə ürək işarəsi göstəriblər.

Jurnalist Paşinyana müraciət edərək deyib:

"İndi biz qardaş olduq. Türkiyə və Ermənistan əlaqələrini inkişaf etdirmək üçün gözəl addımlar atırıq. Bundan çox məmnunuq. Ümid edirəm ki, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyə olaraq regionumuz üçün ortaq işlər görə bilərik. Zənnimcə, bu, xalqlarımız üçün çox gözəl olar. Siz bu barədə nə düşünürsünüz?"

Paşinyan cavabında sülh, əməkdaşlıq və rifah naminə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb:

"Bəli, biz əməkdaşlıq, sülh və rifah naminə səy göstərməliyik. Düşünürəm ki, hazırda doğru yoldayıq".