İbtidai sinif şagirdlərinə məktəbdə isti yemək verilsin – TƏKLİF

İbtidai sinif şagirdləri gündı bir dəfə isti yeməklə təmin edilsin.

Bu barədə deputat Naqif Həmzəyev sosial şəbəkə hesabında yazıb. O bildirib ki, məktəb bufetlərində araşdırma aparılmalıdır:

“Çıxışımda məktəblərdəki bufetlərdə təqdim olunan qidaların keyfiyyətinin araşdırılmasının və ibtidai sinif şagirdlərinin gündə bir dəfə isti yeməklə təmin edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsini də təklif etdim”.