Türkiyənin “Qalatasaray” klubunun və Almaniya millisinin futbolçusu Leroy Sane qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
30 yaşlı cinah oyunçusu İstanbul təmsilçisi ilə müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədə olsa da, karyerasını başqa klubda davam etdirmək variantını nəzərdən keçirir. Onun qış transfer pəncərəsində komandadan ayrılması istisna edilmir.
Hələlik Almaniya millisinin üzvü ilə maraqlanan klubların adları açıqlanmayıb.
Qeyd edək ki, Leroy Sane daha əvvəl İngiltərənin “Mançester Siti” və Almaniyanın “Bayern” klublarında çıxış edib. O, 2025-ci ilin yayından “Qalatasaray”ın formasını geyinir.