Ermənistanın Şaki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev Milli Təhlükəsizlik Xidmətinin məşhur zirzəmisində – “Yerevan-Kentron” İstintaq Təcridxanasında saxlanılır.
Bu sözləri “Ermənistan” blokunun fraksiya rəhbəri Anna Qriqoryan deyib.
“Onun hansı şəraitdə saxlanıldığını təsəvvür edə bilərsinizmi? Görünməmiş dərəcədə yaxşı şəraitdə”, – deyə Qriqoryan vurğulayıb.
O əlavə edib ki, qonşu kamerada Ermənistanın ikinci prezidenti Robert Köçəryan və digər müxalif siyasi partiyaların liderləri qeyri-insani şəraitdə saxlanılır.