Azərbaycanda ağır qəza:Xeyli sayda yaralı var

Astarada idarəetməni itirən mikroavtobus aşıb.Hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.Astara istiqamətində hərəkətdə olan "QazEl" markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar.Marşrutda 20-ə yaxın sərnişin olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.APA