“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq.
Paytaxt təmsilçisi H qrupunda Yunanıstanın “Mikonos” klubu ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.
Keçirdiyi beş oyunun hamısında məğlub olan “Neftçi” hazırda qrupda 6-cı - sonuncu pillədə qərarlaşıb.